Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“TikTok”da canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO
Tarix: 02-08-2022 | Saat: 11:32
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


02
avq
11:01

“TikTok”da canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldı

Sosial şəbəkələrdə canlı yayım açan hərbi qulluqçular işdən çıxarılıb.


Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilmişdir.

Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.



QALEREYA





5208 dəfə oxunub.

Digər xəbərlər
15-08-2022
bütün xəbərlər
____ Instagram ___