Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN-dən Laza sakinlərinin turistləri kəndə buraxmaması ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Tarix: 15-08-2022 | Saat: 13:23
Bölmə:Karusel / Hadisə / Gündəm / Xəbəraz TV | çapa göndər



"Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb".

Bunu  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

O əlavə edib ki, əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.

Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.


***10:41

Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb.

Sakinlər bu addımı kənd yollarında yaranan nəqliyyat sıxlığına görə atdıqlarını bildiriblər.

Kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb edib.

Ötən gün qeydə alınan həmin görüntüləri təqdim edirik:








2318 dəfə oxunub.

Digər xəbərlər
26-06-2015, 15:22 Art exhibition & Party

bütün xəbərlər
____ Instagram ___