Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda iki yaşlı uşağı oğurlayan qadın: “Atası onu mənə üç min manata satıb” - FOTO
Tarix: 19-09-2022 | Saat: 16:22
Bölmə:Karusel / Hadisə | çapa göndər




"Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm. 2 yaşlı Məhəmmədə görə onun atasına 3 min manat pul verərək almışam".

 Bu fikirləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradova deyib.

O bildirib ki, uşağı öz atasının razılığı ilə götürüb: "Onun uşaqlarına yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Mənim niyyətim həmin uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”.

İttihama görə, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini G.Muradova 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevi oğurlayıb.

2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb və G.Muradova həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan olunub.




 


Xəbəri paylaş

4588 dəfə oxunub.

Digər xəbərlər
3-02-2019, 20:46 Yılmaz Vural qovuldu

bütün xəbərlər
____ Instagram ___