Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 12 yaşlı şagird məktəbdə 7 nəfər tərəfindən zorlanıb - DƏHŞƏTLİ İDDİA
Tarix: 20-09-2022 | Saat: 11:56
Bölmə:Karusel / Hadisə | çapa göndər



Cəlilabad rayonunda 12 yaşlı yeniyetmə oğlanın zorlandığı iddia olunur. 

Bu barədə Oxu.az-ın redaksiyasına onun anası müraciət edib. 

O bildirib ki, hadisə bir neçə ay öncə baş verib:

"Uşaq dərsdən evə gədikdən sonra bədənində, qollarında və aşağı ətrafında əzilmə, göyərmə olduğunu gördüm. Səbəbini soruşdum və o dedi ki, yıxılmışam. Bu hal bu ilin aprel-may ayı ərzində mütəmadi olaraq, yeddi dəfə təkrarlanıb. Mən məsələdən daha sonra xəbər tutmuşam.

Belə ki, idman dərsi zamanı yeddi sinif yoldaşı onu sürüyə-sürüyə məktəbin 2-ci mərtəbəsinə qaldırıb, soyundurub, cinsi təcavüz ediblər. Uşağım onlara müqavimət göstərsə də, yeddi nəfərə mane ola bilməyib. Hadisədən xəbərdar olan sinif rəhbəri Zahidə Şahbazova məsələ barədə tədbir görmək əvəzinə, oğluma su, saqqız verərək, hadisəni evdə valideynlərinə danışmamağı tapşırıb".

Valideyn qeyd edib ki, məsələ barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib:

"Məsələ barədə təyin edilən Məhkəmə-Tibbi Ekspertizanın cavabından narazıyam. Hətta məktəb direktoru Nizami İsmayılov və direktor müavini Rəfiqə Babayeva da, məsələdən xəbərdar olublar.

R.Babayeva yaşadığm evə gələrək, mənə hədə-qorxu gəlib, şikayəti geri götürməyimi bildirib. İnamlı şəkildə bu işdə uduzacağımı bildirdi. Mən bu barədə Təhsil Nazirliyinin "Qaynar xətt"inə də məlumat vermişəm. Mən sadəcə məsələdə günahı olanların cəzasını almasını istəyirəm".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlamasında bildirib ki, həmin müraciət əsasında Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb:

"Araşdırmanın və təyin edilmiş ekspertizanın nəticəsində iddialar təsdiqini tapmayıb. Belə ki, həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşı həmin məktəblini vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetiriblər. Həmin yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib. 

Lakin həmin yeniyetmələrin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub".





Xəbəri paylaş

4328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___