Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hadise od püskürdü: "1 ildir bir qrup tərəfindən təcavüz edilirəm" - FOTO
Tarix: 23-11-2022 | Saat: 12:34
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər






"Hər şeydən əvvəl mən bir qadınam, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təcavüz və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, mən neçə dəfə hamilə qalıb, abort etmişəm. Bu qrup ötən günlərdə göz həkimindən çıxarkən yenə abort etdirdiyimi söylədi. Bu adamlara görə məşuqə də oldum. İl yarımdır ki, bu insanlar tərəfindən şantaj olunuram. İnsan deyirəm, amma bu insanlığa yaraşan bir şey deyil. Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma təcavüz edirlər. Şantaj, hədə-qorxu... Sırf Hadise olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər?"

Bu sözləri Türkiyənin məşhur müğənnisi Hadise Açıkgöz sosial şəbəkə hesabında yazıb.

37 yaşlı müğənni haqqında yalan xəbər və şayiələr yayan insanlara qarşı hüquqi proses başladacağını bildirib:

“Artıq bütün qadınlara, ədliyyə sistemimizə səslənirəm. Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma rəsmi təcavüzdür! Heç bir məşhuru və qadını bu cür təhdid, şantaj etmək olmaz. Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacam! Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacam.

Mənim bu dünyada heç kimə verəcəyim hesabım yoxdur! Burada mən türk ədalətinə səslənirəm və ona güvənirəm. Mən musiqi ilə xoşbəxt olan, işimi sevən, ailəmin qayğısına qalan insanam. Mən həyatı, həyatımı və sevənlərimi çox sevirəm. İstədikləri müddətcə səhnədə olacam, mahnılarımı oxumağa davam edəcəyəm".

Xatırladaq ki, Hadise bir müddət əvvəl Mehmet Dinçerler ilə 5 aylıq evliliyinə son qoyub.



QALEREYA




Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___