Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?"
O: "Sənin yolunda vuruşub şəhid olmuşam"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan danışırsan! Sənə "qəhrəmandır"- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?"
O: "Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan deyirsən! Sənə "alimdir"- desinlər, həmçinin "Quran oxuyandır"- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlər müqabilində nə etmisən?"
O: "Var-dövlətimi Sənin yolunda xərcləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan danışırsan! Sənə "nə səxavətli insandır"- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar". (Muslim, 527).
Cəhənnəm odunda birinci kimlər yanacaq?
Tarix: 24-11-2023 | Saat: 09:45
Bölmə:Karusel / İbadət | çapa göndər
Xəbəri paylaş
5 0648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-11-2023 | Saat: 09:45
Bölmə:Karusel / İbadət | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
9-04-2021, 09:27
Yevlaxda bir nəfər özünü Kürə atdı
18-03-2023, 12:59
Bütün xəstəlikləri sağaldacaq MÖCÜZƏVİ ŞƏRBƏT
8-06-2016, 23:11
Prokurorluq işçiləri ilə bağlı vacib dəyişiklik
29-09-2020, 10:26
Ordumuz Füzuli istiqamətində hücuma keçdi – Rəsmi
6-03-2020, 03:26
Prezident Lalə Məmmədovaya ev verdi
10-09-2022, 11:58
Məşhur professordan MARAQLI TÖVSİYƏ: Yatağın altına sabun qoyun
12-06-2018, 09:54
Bu gün daha bir tarix yazılır
7-02-2016, 00:37
Alimlər ölümsüzlüyün sirrini tapdı - Kəşf
21-12-2017, 16:29
"Məni ömürlük seçiblər" - Allahşükür Paşazadə