Bakıda piyadanı vurub öldürən sərxoş sürücü tutuldu
Tarix: 10-12-2018 | Saat: 16:30
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Xəbəri paylaş
4388 dəfə oxunub.
Digər xəbərlər

12-09-2017, 17:17
Yazıçılar Birliyi “26” ilə bağlı BƏYANAT yaydı: “Guya kiminsə arvadı və ya dayısı ermənidir...”
27-09-2016, 02:39
Tovuzda başı kəsilmiş qadının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO (16+)
24-07-2016, 22:16
Ağ saçları yox edən möhtəşəm resept
10-09-2016, 11:17
Həbsxanada doğulub "yoxa çıxan" uşaq ölübmüş - AÇIQLAMA
14-09-2016, 20:20
"MilliÖN"də "BakıKart"la bağlı yaranan problemlər barədə AÇIQLAMA
8-04-2015, 14:17
Dənizdən maraqlı HEYVAN ÇIXDI
19-08-2018, 12:45
Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
26-01-2017, 23:05
93 yaşlı Gövhər nənəni gəlini hər gün döyüb, sonra küçəyə atıb - VİDEO
28-08-2015, 22:57
Biabırçılıq! Quran məclisində rəqs edib, əl çaldılar – (Fotolar)