Texnikum və kolleclərə qəbul imtahanının nəticələri açıqlandı
Tarix: 06-07-2016 | Saat: 21:50
Bölmə:Karusel / Təhsil | çapa göndər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
TQDK-nın mətbuat xidmətindən Xəbəraz.az "-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada təşkil olunub.
İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib.
Bildirək ki, ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.
İmtahan nəticələri iyulun 6-da saat 17:22-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 13039 abituriyentdən 2020 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11019 abituriyentdən 6 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 7268 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, ixtisas seçimi iyulun 8-dən 18-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.
Xəbəri paylaş
1 2978 dəfə oxunub.
Digər xəbərlər

7-02-2017, 13:55
DİQQƏT: Selfi çəkərkən bu hərəkəti edənlər üçün TƏHLÜKƏ - FOTO
14-05-2016, 23:12
“Boinq”i rusların vurmasının daha bir sübutu - Video
30-01-2017, 15:43
Göz yorğunluğunu aradan qaldıran RESEPT
26-11-2021, 09:24
Azərbaycanda kişi arvadını xoruldadığına görə tərk etdi - VİDEO
17-11-2015, 15:07
"Tolikin çalışdığı qızları mən məşhur etmişəm" - Roza
9-12-2022, 11:04
Bakıda yol üstündə DAVA - DSX-nin zabiti küt alətlə döyüldü
26-03-2016, 15:57
Bakı metrosunda şok olay: təhlükəli şəxs ələ keçdi
12-06-2019, 19:16
DTX-nın tutduğu baş redaktora hökm oxundu
27-05-2019, 13:07
Ağcabədidə oğul atasını ov tüfəngi ilə vurub
9-02-2021, 22:42
BDU-nin 2 -ci Ali Diplomunu alan LİDER Aparıcı-FOTO