Komitə sədri: "Quran"da belə məsələlər yoxdur
Tarix: 18-11-2016 | Saat: 13:13
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər
Azərbaycanda bəzi insanlar qızların erkən yaşda ərə getməsini dinlə əlaqələndirirlər, amma islam dinində - "Qurani Kərim"də belə məsələlər yoxdur.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə bildirib.
H.Hüseynova deyib ki, əslində, bunlar hamısı insanların yaratdığı stereotiplərdir və onların əsasında doğru olmayan ailə modeli formalaşdırırlar: "Deyirlər ki, guya dində belədir. Əslində isə "Quran"da qadınların da hüquqları qorunur. Əgər insanlar bunları qəbul etsəydi, cəmiyyət başqa cür olardı".
Problemlərin çoxunun dini kəbinlə bağlanan nikahlardan qaynaqlandığını deyən H.Hüseynova bildirib ki, bəzən atalar qızlarının ailə həyatı dağıldıqdan sonra komitəyə hüquqlarının qorunması üçün müraciət edirlər: "Amma müraciət araşdırılarkən məlum olur ki, həmin qızların nikahı rəsmi dövlət qeydiyyatına alınmayıb. Buna görə də onlar öz hüquqlarını yetərincə qoruya bilmirlər".
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

31-05-2016, 18:51
Türkiyə Avropaya bu komanda ilə gedir – Siyahı
24-05-2015, 14:22
Azərbaycan və Rusiya arasında mühüm saziş təsdiq edilib
13-10-2015, 22:51
Alnında burun yetişdirir — FOTOLAR
27-11-2015, 22:16
Azərbaycanlı qızın “bakirəliyinin alıcısı” psixi xəstədir
7-04-2017, 19:46
Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğradı: 3 ölü, 16 yaralı
2-05-2016, 21:18
Trampla görüşən azərbaycanlı gözəl - Foto/Video
11-03-2016, 11:50
Azərbaycanlı fitnes-modeldən FOTOSESSİYA
2-02-2017, 22:27
Tramp: Biz insanların ABŞ-a gəlməsini istəyirik
5-09-2021, 11:28
Vaksin olunmayıb, amma sertifikatı var - Paytaxt sakini qəribə vəziyyətlə üzləşib - VİDEO