Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas edib
Tarix: 21-10-2017 | Saat: 18:36
Bölmə:Karusel / Hadisə | çapa göndər
Şirvan şəhərində mühafizə polisinin əməkdaşları intihara cəhdin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də saat 14.00 radələrində magistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları - polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar.
Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyib. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı söhbətə tutublar və ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.
Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
7208 dəfə oxunub.
Digər xəbərlər

14-11-2015, 14:35
Xərçəng xəstələrinin dramı - FOTOLAR
21-05-2015, 21:10
Suriyanın yarıdan çoxu İŞİD-in nəzarətinə keçdi
27-02-2016, 11:00
Qış geyimlərinin saxlanılması - Qaydaları
18-10-2016, 16:54
"İdxal məhsullarına gömrük rüsumlarının artırılması yerli bazarın qorunmasına hədəflənib"
17-08-2021, 11:13
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır
19-10-2016, 19:10
Bunun bir adı var - VƏHŞİLİK: körpəni yerə yıxaraq... - VİDEO
8-10-2020, 14:44
Düşməndən növbəti təxribat: “Messenger”lə səs yazıları göndərilir
9-02-2018, 11:29
DiQQƏT: Bu gün Bakının bu ərazilərində su olmayacaq
24-08-2018, 16:43
Zaur Kamalın verilişində YALAN VƏD - "Onlardan heç bir kiloqram yox..."