Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Dəli deyil, gəlinini qəsdən öldürüb” - Dəhşətli qətlin pərdəarxası - VİDEO
Tarix: 27-12-2023 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Gəlininin başını kəsərək öldürən qayınananın görüntüləri son günlərdə sosial şəbəkələrdə viral oldu. Yaşlı qadının qətl barədə soyuqqanlılıqla danışması isə hər kəsi təəccübləndirdi. 

Bəziləri onun psixoloji problemləri olduğunu bildirdi, bəziləri isə bunu mərhəmətsizliklə əlaqələndirdi. 

Bəs görəsən, törətdikləri qətl barədə rahatlıqla danışan hər şəxsin psixoloji problemləri olduğunu demək olarmı? 

Xeberaz.Az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bəzən insanların cəzadan yayınmaq üçün "dəli" rolunu oynadığını bildirib: 

"Bəzi insanlar qətl hadisəsinə müəyyən don geydirməyə çalışırlar, çünki bu hadisəyə psixoloji xəstəlik adını qoyanda şəxs ya ruhi əsəb dispanserində yatacaq, ya cəzası azaldılacaq, ya da cəzasının müəyyən hissəsini psixi xəstəxanada çəkəcək və  qısa müddətdə azadlığa çıxacaq. Ona görə də bəzi insanlar törətdikləri qətli affekt vəziyyətində etdiklərini deyirlər. çünki bəzən affekt halında olan şəxsi bağışlayırlar. 

Bu xanıma baxanda görünür ki, peşmanlıq hissi çəkmir. Normal insan qətl törətdiyi halda eyni hadisəni hətta 10 dəfə danışsa belə, peşmanlıq hiss etməlidir. Bu qadın isə çox soyuqqanlıdır və qətli planlaşdırıb. Ola bilər ki, gəlini ilə aralarında uzun müddət problem, gərginlik olub və bu səbəbdən dolayı qadın düşünüb ki. mən bu insanı öldürməliyəm. Bu, planlaşdırılmış ölümdür və mənə görə bu cür insanlara ən ağır cəzanı vermək lazımdır. Bir insanın canına qıymaq heç kimin haqqı deyil. Həmin şəxs nə etsə belə, kimsə onu öldürə bilməz. 

Əgər pis idisə, yollarını ayıra, boşana bilərdilər. Hər bir halda mütləq çıxış yolu var". 



Ekspert qeyd edib ki, amansızlıqla törədilən qətl hadisələri müəyyən psixoloji problemlərlə əlaqəli olur: 

"Qayınananın bu qədər soyuqqanlı olmağı onun peşman olmamasından irəli gəlir. Onun üzündə zərrə qədər peşmançılıq hissi ifadə olunmur. 

Bu qadının psixoloji problemləri də ola bilər. Bu cür cinayət hadisələri məhz elə psixoloji problemlərdən qaynaqlanır. Normal insan niyə başqasını öldürsün? Normal olmayan, aqressiyası pik həddə olan şəxslər danışmağı düşünmədən qərar verir ki, mən bu insanı öldürməliyəm. 

Hər bir insan qatil ola bilər. Bunun üçün müəyyən situasiya yarana bilər. Amma sözügedən qadının törətdiyi qətl açıq-aşkar qisas məqsədilə edilib. Belə insanlar ailədə sevgi görməyən, qəddar şəxslərdir. Mərhəmət hissi olmayan şəxs psixoloji problemlidir. Çünki hər bir insanın qəlbində sevgi və mərhəmət olmalıdır". 




Xəbəri paylaş

4 6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___