Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramiz Mirzəyevin bacısının və yeznəsinin öldürüldüyü məlum oldu - TƏFƏRRÜAT
Tarix: 24-02-2018, 19:15 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ramiz Mirzəyevin bacısının və yeznəsinin öldürüldüyü məlum oldu - TƏFƏRRÜAT
Tovuzdakı yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədovun sui-qəsd nəticəsində öldüyü ehtimalı irəli sürülüb.
Mərhum Mirzəyevlərin evində insan ölümünə səbəb olan yanğın baş verməyib. Rəsmi məlumatda da göstərildiyi kimi, F.Məmmədovun çarpayısının ətrafı 4 kv/m, F.Mirzəyevanın olduğu divan isə qismən yanıb.
İddiaya görə, evdə “yanğının” məhz ər-arvadın yatdığı çarpayı və divanda baş verməsi təsdiqləyir ki, onlar qətlə yetirilib, daha sonra isə qatillər yanğın törətməklə izi itirmək istəyiblər.
***
Pakizə Mirzəyeva və Fərman Məmmədovun tapılan cəsədlərində əl və ağızlarının skoçla bağlandığı məlum olub.
Həmçinin evdə pul saxlanılan seyfin qırıldığı da üzə çıxıb. Qırılmış seyfdən külli miqdarda pulun oğurlandığı istisna edilmir. Bu isə qətlin tamah məqsədi ilə törədildiyi ehtimalını ortaya çıxarıb.
Qeyd edək ki, Fərman Məmmədovun Tovuzda maye-qaz yanacaqdoldurma məntəqəsi varmış və imkanlı adam hesab olunurmuş.
***
Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.
Meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.
***
Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.
Yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.
Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.

Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.
Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi. (axar)
***
Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.
Hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.
Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)


896 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
____ Instagram ___