Bu gün Novruzun Yel çərşənbəsidir
Tarix: 13-03-2018 | Saat: 12:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.
Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır. İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.
Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Xəbəri paylaş
1 3888 dəfə oxunub.
Digər xəbərlər

26-09-2016, 09:59
Pitonla selfi çəkməyin nəticəsi - ŞOK VİDEO
16-09-2017, 21:23
Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı
7-03-2017, 17:07
Məktəblərdə "8 Mart pulu" yığılması haqda RƏSMİ AÇIQLAMA
5-12-2016, 18:55
Azərbaycanda taksilərə YENİ QADAĞA
26-05-2016, 21:32
Dünya nəhəngi: “Neft erası bitməyib”
27-09-2018, 12:52
Oğlundan İlhamə Quliyeva ilə bağlı açıqlama: "Ölümündən bir neçə saat əvvəl..." - VİDEO
4-05-2016, 20:20
“Kosovonun əleyhinə səs vermişik” - Elxan Məmmədov
22-06-2017, 16:08
Rəqqasə Renkanı gül yağışına tutan o sirli adam... - FOTOLAR
26-04-2016, 18:43
Qonaqların şərəfinə prezidentlə xanımının adından - Ziyafət
7-03-2016, 13:02
Naxçıvanda 4 uşaq atası vuruldu