Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Göyçayda ara qarışdırmaq istəyən kimdir?
Tarix: 13-03-2018, 14:18 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər



«Təzadlar» rayondan daxil olan silsilə şikayətləri ciddiliyi ilə araşdırdı və olduqca maraqlı məqamlar üzə çıxdı…
…Bir Allah bilir ki, Göyçayın İcra başçısı Mehdi Səlimzadəni şəxsən tanımırıq, hansısa nümayəndəsinin üzünü belə görməmişik, amma rayondan daxil olan şikayət ərizələrini kiçik ixtisarla dərc etmişik. Həmin yazılar qəzetin rəsmi saytında indi də durur.
Bunu niyə deyirik. Adətən, hansısa şikayəti dərc edib sonra qarşı tərəfin mövqeyini təqdim edəndə şikayətçi tərəf qara-qura fikirlərə düşür və bu qənaəti bizim işgüzar nüfuzumuza xələl gətirən, xoşa gəlməyən hal sayırıq. Bu məsələdə bircə əlavəmiz var ki, ən azından bu şikayətnamələri təşkil edənlər həmin yazıların saytdan silinmədiyini də bilirlər.
Bizim isə bilmək istədiyimiz odur ki, ötən şikayətlərdə elektron poçt istifadəçisinə yazmışdıq ki, əlaqə nömrəsi yazın, nə isə anlaşılmaz fikir olarsa, məsləhətləşək. Lakin qarşı tərəfdən xəbər çıxmadı…
İki gün əvvəl də fərqli bir şikayət daxil oldu. «Göyçay rayon sakinləri imza toplamağa başlayıblar» başlıqlı və «Göyçay rayon sakinlərini intihar həddinə çatdıran icra başçısı Mehdi Səlimzadənin və qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət məktubu yazılıb» yarımbaşlıqlı yazını yazıb göndərənə də yazdıq ki, «Xahiş edirik, əlaqə telefonu yazın. Çünki ötən yazıya İcra başçısı aparatından təkzib gəlib ki, imzalar saxtadır, Göyçayda elə adamlar yoxdur...» və s. Bu dəfə də məktub göndərəndən xəbər çıxmadı.
Açığı, bizim üçün bu məktubun kim tərəfindən göndərilməyini öyrənmək indiki texnologiyanın imkanlarını işə saldıqda, sadə bir şeydir… Amma biz heç bir halda mənbəni kiməsə demirik, deyə də bilmərik. Jurnalist etikası buna imkan vermir… Amma yaxşı, ikinci, beşinci… dəfədir eyni məzmunlu şantaj və böhtan dolu (başqa ad qoymaq mümkün deyil) yazı yazılır, imza qoyulmur, əlaqə saxlamağa ünvan yox… İndi hörmətli oxucu desin, bu şantaj deyil?
Biz də bilirik ki, bu şikayətnamələri yazdıran tamamilə başqa adamlardır… Kimliyini yəqinki icra başçısı da bilir. Amma indi Mehdi Səlimzadə neyləsin: anonimşiklərin «milli kimliyini» araşdırsın, yoxsa rayonun başdan aşan qayğıları ilə məşğul olsun?! Halbuki rayonlardan ciddi-imzalı şikayət məktubu daxil olub, əməkdaşımız öz xərci ilə (hər şey Sovet dövründə qalıb) vurub rayona gedib, problemi araşdırıb, həll edib və Allahın da, şikayətçinin də yanında üzü ağ olub.
İndi bu qara-qura işlə məşğul olanlar niyə özlərinin imzasını deyil, Babayeva Dursun Ramiz qızının, Əliyeva Dilşad Faiq qızının, Sadıqov Camal Kamil oğlunun, İsmayılov Novruz Sabir oğlunun, Həsənova Nüşabə Allahverdi qızının, Məmmədov Zeynal Cavanşir oğlunun, Qasımov Azər Soltan oğlunun və Xəlilov Orxan Ərəstun oğlunun imzasını yazırlar. Sonra da məlum olur ki, bu imzalar saxtadır, rayonda belə adam yoxdur.
Sonda: bu anonimşiklərə müraciət edirik: imzanızı təqdim edin, telefon nömrənizi yazın, bu şikayətinizi dəqiqləşdirib olduğu kimi verək. Əks halda, belə şantaj və ya qarayaxmaların axırı yoxdur…
Səbuhi

2 0468 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___