Seçkinin nəticələri 14 gün ərzində təsdiqlənəcək, prezident and içəcək, hökumət istefa verəcək
Tarix: 16-04-2018 | Saat: 10:42
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.
Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Resüpublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.
Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.
Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.
Ölkə qanunvericiliyinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin yekunlarına Konstitusiya Məhkəməsi nöqtə qoyur. Bu isə önümüzdəki yaxın günlər ərzində baş verməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.
Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.
And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.
Xəbəri paylaş
1 0468 dəfə oxunub.
Digər xəbərlər

23-12-2021, 23:24
Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir
29-11-2018, 11:44
THY-də yüksək vəzifədə çalışan şəxs Bakıda öldü
12-03-2015, 10:28
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
27-01-2018, 11:59
WhatsApp-dan daha bir YENİLİK
25-04-2015, 17:55
Yevlaxda polis kapitanının qızı özünü güllələyib
11-11-2016, 21:01
“Dərbənddəki soydaşlarımız üçün “Azərbaycan Dili ”dərsliyi ən qiymətli hədiyyədir”
14-07-2016, 11:29
Daşkəsəndə 15 yaşlı qız özünü asıb
1-09-2015, 01:20
Çılpaq olanda daha rahatam - FOTO
30-06-2015, 12:58
Bütün dünya bu görüntüdən danışır (FOTO, VİDEO)
4-05-2016, 20:34
Qarabağda böyük müharibə gözlənilir - Proxvatilov