“Google Chrome” və “Firefox” təhlükədədir - Yeni virus yayılır
Tarix: 16-05-2018 | Saat: 19:59
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər
“Proofpoint” şirkətinin tədqiqatçıları “Google Chrome” və “Firefox” brauzerlərinin istifadəçiləri üçün təhlükə yaradan “Vega Stealer” adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.
Təhlükəsizlik üzrə ekspertlərin sözlərinə görə, yeni virus vasitəsilə hakerlər hesab məlumatlarını, eləcə də ödəniş informasiyasını - saxlanılmış kredit kartları, sosial şəbəkə profilləri və brauzerlərdə saxlanılan “cookie” fayllarını oğurlayırlar.
Bundan başqa, zərərli proqram sistemi skrinşot edərək bütün genişləndirilmiş ".doc", ".docx", ".txt", ".rtf", ".xls", ".xlsx" və ".pdf" fayllarını skan edir.
Məlumata görə, hazırda virus biznes nümayəndələri (marketinq, reklam, ictimaiyyətlə əlaqələr, pərakəndə satış və istehsal) tərəfindən idarə olunan qurğuların yoluxdurulması üçün istifadə edilir.
Bununla yanaşı, hakerlər proqram təminatının yayılması üçün standart fişinq kampaniyasından istifadə edirlər. Onlar "İnternet mağazasına tərtibatçı tələb olunur" mövzusunda elektron məktublar, eləcə də ayrı-ayrı biznes nümayəndələrinə fərdi məlumatlar göndərirlər. Məktublarda zərərli makrosların "Vega Stealer" proqramını yüklədiyi "brief.doc" adlı əlavə olur.
Virusun adi üsulla göndərilməsinə baxmayaraq mütəxəssislər "Vega Stealer" virusunun ümumi təhlükəyə çevrilərək adi istifadəçilər arasında yayılacağından ehtiyat edirlər.
Xəbəri paylaş
8078 dəfə oxunub.
Digər xəbərlər

24-04-2023, 13:12
Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır
7-03-2016, 16:34
İlan xilas edənlər barədə bilmədiyiniz 5 FAKT... - FOTOLAR
10-05-2019, 20:43
Prezident birinci xanımla təntənəli mərasimdə
26-04-2023, 11:10
Bakıda DƏHŞƏT: "Instagram" paroluna görə arvadını öldürdü - TƏFƏRRÜAT
5-08-2016, 22:46
"Titanik"i Çörçil batırıb – ŞOK İDDİA
16-08-2017, 12:11
6 illik ərini özündən 9 yaş cavan oğlana dəyişən Tuba Büyüküstünə GÖZLƏNİLMƏZ ZƏRBƏ
28-05-2022, 11:45
Nəcməddin Sadıkovun “sağ əli” həbs olundu
20-04-2015, 14:42
Nazirlik əhaliyə xəbərdarlıq etdi
2-12-2015, 14:29
UNESCO-dan Ermənistana rədd cavabı
11-02-2020, 15:33
Məktəbdə BİABIRÇILIQ: Şagirdlə müəllimin intim videosu yayıldı (18+)