Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Zövqünüzü oxşayacaq müxtəlif növ türk qızıllarının tam zəmanətlə satışı.Ünvan:X.Dostluğu,Laçın uni.,3mərtəbə,2nömrəli polka. Metrolara çatdırılma mümkündür.050-572-11-88 ⬇⬇⬇
Əlaqə üçün: .050-572-11-88 ⬇ (WhatsApp) ➡@qizilinsatisi_st_gold
Azərbaycanda biabırçı reklam: Cadu, adam öldürmə və qızlarımızın təhqir dolu görüntüsü - VİDEO
Tarix: 14-06-2018, 18:58 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

  • Azərbaycanda biabırçı reklam: Cadu, adam öldürmə və qızlarımızın təhqir dolu görüntüsü - VİDEO

“FACE Studio” gözəllik salonları şəbəkəsinin çəkdiyi reklam çarxı sosial şəbəkələrdə müzakirələrə səbəb olub, izləyicilər tənqidi fikirlər səsləndiriblər. İzləyicilərin narazılığına səbəb olan çarxda bir qız toya hazırlaşan rəfiqəsinə paxıllıq edir. O, rəfiqəsinin saç telləri ilə ona cadu edir və qız nişanlısından ayrılır. Cadu olunmuş saçı tapan rəfiqəsi birbaşa falçının yanına gedir. Caduya çarə tapmayan falçı qızın dərdinə ancaq “FACE studio”nun “çarə” olacağını deyir. Reklamın sonunda cadudan xilas olub ailə quran qız maşınla rəfiqəsini vurub, onun üzərindən keçir.
Sosial çarxın devizi “FACE studio”da lazer et, tez ərə get”dir.
Sosial şəbəkə istifadəçiləri bu deviz və reklamla "FACE studio"nun azərbaycanlı qızları təhqir etdiyini bildirir. Bununla yanaşı, reklam çarxının son kadrı qəddarlığın təbliği, cadu məsələsinin bu qədər qabardılması isə cadunun şüurlatı yeridilməsi kimi şərh edilir.
"Face Studio"nun reklam meneceri Kamran Xancanbəyov isə Publika.az-a video çarxda qadınların təhqir edilməsi fikirləri ilə razılaşmadığını dedi:
“Özüm sosial şəbəkələri izləyirəm, şərhlərə baxıram. Ancaq biz - rejissorlar, reklamı çəkənlər təhqir edilirik. Bizə qəbuldur, problem yoxdur. Biz bunu əvvəldən bilirdik. Bilirdik nəyə gedirik. İlk dəfə deyil belə bir şey çəkirik. Bunun bir məntiqi var, bu bir zarafatdır, insanları şənləndirməkdir.
Reklamın sonunda maşınla qadının üzərində keçilməsi sadəcə yumordur. Hər gün seriallarda gündə dəfələrlə insanların öldürülməsi, başının kəsilməsi kadrları olur. Reklam çarxının sonundakı kadrın qəddarlığın təbliği kimi qəbul edilməsi məntiqsizlikdir. Biz heç kimi öldüməyə çağırmırıq, bu sadəcə yumordur. Kim necə istəyir başa düşür. Bu sosial çarx deyil. Biz bu çarxı yayırıq ki, gündəmdə olaq. Bunun başqa bir məntiqi və mənası yoxdur”.
Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev isə çarxın reklam tələblərindən uzaq və gülünc iş olduğunu dedi:
“Reklamçılıq baxımından həmin çarxın heç bir dəyəri yoxdur. Reklam çarxı çəkilərkən ictimai rəy nəzərə alınmalıdır. Qanunda da göstərilib ki, reklam düşündürən olmalı və biznes maraqlarına uyğun gəlməlidir. Təbii ki, qanun belə axmaq işləri tənzimləmir. Sifarişçilər bu reklamla özlərini biabr edirlər. Bu qanun, reklamçılıq, sosial təsiri baxımdan dəyəri olmayan bir işdir”.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, bu cür reklam çarxları mənəvi dəyərləri zədələyir, ümumən cəmiyyətdə gərginliyin artmasına səbəb olur:
“Mənəvi dəyərlərin arxa planda olduğu cəmiyyətlərdə gərginlik, aqressiya artır. Bu sosial həyatın qanunudur. Bu sujetdə də neqativ yüklü məqamlar çoxdur. İlk növbədə cadu ilə bağlı məqamı qeyd etməliyəm. Cadunun təbliği qadağandır. Ümumiyyətlə, hər hansı reklamda cadu terminini bu qədər hallandırmaq pis təbliğatdır. Bu reklamda həm də qəddarlığın təbliği duyulur. İşini reklam etmək istəyən şirkət insanlarda mənəvi dəyərlərin aşınmasına imkan yaratmamalıdır. Cəmiyyətin əsas göstəricisi fiziki sağlamlıq, mənəvi zənginlik və əməyə yaradıcı münasibət təlabatıdır. Hər hansı reklam, yazıda bu qaydaları pozuruqsa, onlara ictimai qınaq olmalıdır. Həmin şirkət də bu qınaqdan özünə dərs çıxarmalıdır”.


8148 dəfə oxunub.
<>
Zövqünüzü oxşayacaq müxtəlif növ türk qızıllarının tam zəmanətlə satışı.Ünvan:X.Dostluğu,Laçın uni.,3mərtəbə,2nömrəli polka. Metrolara çatdırılma mümkündür.050-572-11-88 ⬇⬇⬇
Əlaqə üçün: .050-572-11-88 ⬇ (WhatsApp) ➡@qizilinsatisi_st_gold

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___