ÇATASIZ ARZUYA KAŞ Kİ, MƏZUNLAR!!!!
Tarix: 14-06-2018 | Saat: 19:55
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Gənclərimiz | çapa göndər
ÇATASIZ ARZUYA KAŞ SONUNCULAR!!!!
Bilirik kövrəlir ürəkləriniz,
Parlar gözünüzdə yaş SONUNCULAR.
Sizi təbrik edir müəllimləriniz
Çatasız arzuya kaş, SONUNCULAR!
Lövhədə yazıldı ƏLVİDA məktəb.
Hansınız yazdınız, gəldi əliniz.
Söyləmək olarmı əlvida məktəb,
Gərək hələlik məktəb siz yazaydınız.
Bu gün Respublikamızda "Son zəng" günüdür. İllər öncə özləri boyda çantaları ilə ata-analarının əlindən tutub ürkək addımlarla məktəbə qədəm qoyan körpə, bu gün əlində kamal atestatı ilə doğma oçağa əlvida deyir. İllər boyu dəcəllikləri ilə "incitdikləri" və onlara "tablaşmış" sinif otaqları, partaları, təbasir bulaşığı ilə çirklənmiş yazı lövhələri, xəritələri, qlobusları, sındırdıqları kolbaları və. s artıq həzin bir xatirə kimi arxalarınca boylanırlar.
11 il bu günün arzusu ilə yaşayan gənclər, öz sevinclərini hər kəslə bölüşmək üçün dəstə-dəstə küçələrə axışıb, yaxalarında MƏZUN yazılmış lentləri ilə sanki hər kəsə "mən artıq böyüdüm demək istəyirlər". Bu gün məzun olan gənclərimizin sevincindən daha artıq sevinc yaşayan valideyinlərdir. İllər uzunu böyük zəhmət və əziyyətlə böyüdüb, boya-başa çatdırdıqları övladları, artıq həyata vəsiqə alırlar. Kamil insan olaraq müstəqil qərar vermək iqdidarında çatmışlar. Əlbətdə bütün bunlar olduqca qürur vericidir. Bəs onda nədən bu qədər həzinlik, kövrəklik? Hər bir valideyinin övladına yaxın olduğu dövr, onun körpəliyi, uşaqlığı, yeniyetməliyidir.
Yeniyetməlikdən gəncliyə addımlayan bu günkü məzun gənclərimiz yalnız doğma məktəbin qoynundan deyill, öz qayğısız uşaqlıqlarından həmişəlik "məzun" olurlar. Bu gün oturduqları partaları üzərində etdikləri cızma-qaraları, üst-başlarına çökmüş sinif otağının tozu sabah gözlərini doldurub xəyala daldıracaq qədər dəyərli olacaq.
Bu gün şagird adına əbədi əlvida söyləyən balalarımız böyük ümidlə həyata ilk kövrək addımlarını atırlar. Hər biri öz bacarıq və qabiliyyətlərinə görə gələcək həyatda mövqelərini tutacaqlar. kimisi həkim. kimisi müəllim, kimisi məmur, kimisi də fəhlə olacaq. Amma həyatlarının ən şirin anları oxuduqları məktəb divarlarının arasında sonsuza qədər həbs olub qalacaq. O zaman gözləri uzaqlara dikilib həzin-həzin oxuyacaqlar.
Qayıt uşaqlığım , qayıt bir anlıq.
Yeriyib, yüyürüb, qaçmaq istərəm.
Tutaraq əlimdə məktəb çantası.
Sinif qapısını açmaq istərəm.
Xəbəri paylaş
1 6948 dəfə oxunub.
Digər xəbərlər

22-02-2017, 19:28
Bakı-Tiflis qatarına biletlər ucuzlaşır - YENİ QİYMƏTLƏR
12-03-2020, 15:53
İnsanlıq ölməmiş! Otel işçisi yaralı qadını tək buraxmadı - FOTO+VİDEO
29-04-2016, 20:51
"Bakı Qarabağı güc yolu ilə ala bilər, ancaq..."
1-02-2018, 13:43
Azərbaycanda problemli kreditlər təhlükəli həddi keçib - XƏBƏRDARLIQ
19-07-2017, 10:59
Səidənin toyda paltarı cırıldı – Video
2-05-2017, 11:29
Abbas ən kök halının fotosunu yaydı
3-03-2016, 12:41
Ordumuz düşmənə 120 atəş zərbəsi endirdi
21-05-2017, 13:12
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb
27-12-2015, 16:20
Qatilin əmisi: Qardaşım oğlu biqeyrətin biridir - VİDEO
6-07-2017, 16:43
Telekanallarımız Zəhra ilə bağlı niyə matəm etmədi? - RƏSMİ AÇIQLAMA