Bakıda bacısının başını balta ilə kəsən qız yenidən AZADLIĞA BURAXILDI
Tarix: 08-11-2018 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yenidən məhkəməyə müraciət edilib.
P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının onun müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər.
Məhkəmə həmin təqdimatı təmin edib və P.Nuriyeva azadlığa çıxıb.
Məhkəmə qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.
Növbəti proses noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı P.Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.
Bakı Ağır Cinayətlər Məhkəməsi P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Daha sonra onun yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Bu dəfə P.Nuriyevanın yaxınları kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev biznesmendir.
(report)
Xəbəri paylaş
4928 dəfə oxunub.
Digər xəbərlər

1-04-2017, 00:55
" Bakı Qida və Sənayesi kolleci"-də traqikomik vəziyyət hökm sürür!
16-02-2016, 11:10
Azərbaycan nefti bahalaşdı
15-04-2020, 18:27
İlham Əliyev Zurabişvili ilə videobağlantı formatında danışıb
9-07-2019, 20:18
Prezidentdən Elmar Məmmədyarovla bağlı - Sərəncam
18-12-2015, 15:23
Polis Nardaranda əməliyyat keçirir: Saxlanılanlar var
26-06-2016, 15:31
"Elə açıqlamalar edərəm ki, küçəyə çıxa bilməzlər"
4-06-2017, 17:12
Tramp: "Ağıllı olmasaq, hər şey daha pis olacaq"
26-06-2018, 14:15
Azərbaycan diasporunun rəhbəri vəfat etdi
18-02-2022, 17:22
Sərnişinlərə şad xəbər: Qatarların hərəkəti bərpa olunur
3-03-2016, 10:13
3 mart TARIXDƏ BU GÜN