12 il sonra üçəmləri olan çavuşa üç otaqlı mənzil bağışlandı
Tarix: 19-03-2019 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə sevinc bəxş edib.
Müdafiə Nazirliyi xəbər verir ki, on iki illik həsrətdən sonra onun iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.
Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Hazırda motoatıcı taqım komandirinin müavinidir.
Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.
Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.
Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib
Xəbəri paylaş
8808 dəfə oxunub.
Digər xəbərlər

30-03-2017, 11:53
Tahir İmanov ata oldu
1-08-2022, 12:47
Hər kəs onu ALAQ OTU bilir - Amma DƏRMAN İMİŞ!
12-07-2016, 13:39
Moskva azərbaycanlıların bazarını bağladı
3-01-2018, 12:22
UNICEF: Yeni ilin ilk günündə 386 min körpə doğulub
23-07-2023, 10:36
Bakıda yaşayış binasında yanğın olub, ölən var
23-05-2023, 12:44
“Eşqin qızımı döyüb, söyüb” - Rəqsanə danışdı - Video
11-09-2015, 03:15
Keti Perri geyimi ilə bütün diqqəti üzərinə çəkdi (FOTO)
10-01-2021, 23:41
Prokurorluğun səlahiyyətləri artırılmalıdır - Kamran Əliyev
5-05-2016, 00:19
Rusiyadan etiraf: "Kürdlərdan məlumatlar alırıq"