Ölkədə qazın təzyiqi niyə düşüb? –AÇIQLAMA
Tarix: 16-04-2018 | Saat: 11:06
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
"Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev apa-ya bildirib ki, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə “Azəriqaz” İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.
İ.Kərbalayevin sözlərinə görə, fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb. "Azəriqaz" rəsmisi əlavə edib ki, bütövlükdə təbii qazla təchizatda problem yoxdur.
“Bu gün də həmin işlər davam etdirilir, tənzimləmə işləri aparılır. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan, qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərində, siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə ərazisində fərdi şəkildə şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişində ciddi problem yoxdur. Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub. Bu iki gün arasında fərq isə 2 milyon 856 kubmetr olub. Hal-hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazilərdə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmin üçün işlər görülür”, - deyə qurum rəsmisi əlavə edib.
Xəbəri paylaş
1 0378 dəfə oxunub.
Digər xəbərlər

27-11-2021, 10:59
“Hamı peyvənd edilməyincə pandemiya bitməyəcək” - Bayden
14-06-2023, 10:33
14 yaşlı oğlan qonşusunun avtomobilini qaçıraraq qəza törətdi
10-08-2018, 11:44
3 yaşlı qız bütün dünyanı MAT QOYDU - Eynşteyni də qabaqladı
21-08-2016, 21:20
Daha bir İŞİD əxlaqsızlığı: Qurani-Kərimi...
9-11-2016, 14:59
ABŞ-ın yeni birinci xanımı budur (FOTOLAR)
9-08-2015, 18:33
“Komandayla bağlı qərar verməmişəm”- Öldürülən jurnalistin atası
6-01-2016, 21:08
“Toy olmasa, necə dolanacağıq?“ - əməkdar artist
14-01-2017, 01:14
Bir stəkan su ilə evinizdəki mənfi enerjini təsbit edin
13-01-2016, 22:06
5 icra başçısının qələmi qırıldı - aksiyalara görə (TƏFSİLAT)