Hava ilə bağlı-XƏBƏRDARLIQ
Tarix: 08-02-2019 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti bu axşam və sabah ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.ETSN-dən verilən məlumata görə, fevralın 8-i axşamdan gecə saat 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Fevralın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Fevralın 9-da ölkənin bölgələrində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Xəbəri paylaş
4258 dəfə oxunub.
Digər xəbərlər

9-07-2019, 13:16
Qadını döyüb kürəyindən bıçaqladı
14-01-2019, 20:38
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
18-11-2016, 12:44
Trampla Putinin gizli Yalta görüşü - Dialoq
9-09-2018, 19:09
Pomadanın nədən hazırlandığını BİLİRSİNİZ? - İNANMAYACAQSIZ
4-10-2016, 11:36
Nazir keçmiş müavinə vəzifə verdi
15-08-2017, 22:35
Bakıda “Gelandewagen”lərin toy karvanı hərəkəti iflic etdi - Video
18-02-2016, 17:12
Beş dövlətin səfirləri Türkiyə XİN-ə çağırılıb
1-01-2020, 18:53
Xamneyi Trampın təhdidlərinə cavab verdi
7-06-2018, 10:21
Cəbhədə gərgin gecə: kəndlərimiz atəşə tutuldu