Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
Tarix: 22-05-2019 | Saat: 12:53
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə açıqlamasında bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.
Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Bu zaman həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.
Xəbəri paylaş
7208 dəfə oxunub.
Digər xəbərlər

23-10-2016, 02:42
Yığmamızın sabiq baş məşqçisi vəfat etdi
23-05-2016, 23:52
“Sovetski”də bu tarixi obyektlər söküləcək - Qərar dəyişdi+Siyahı
7-04-2015, 15:19
İlham Əliyev: Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdırlar – FOTO
6-04-2017, 11:07
Sürücülərin diqqətinə: Bakı Dairəvi yolunda hərəkət məhdudlaşdırılır
15-10-2017, 10:32
Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı
1-06-2022, 13:08
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib - FOTO
24-05-2016, 17:29
Yıldırımın oğlunun şəklini kim yayıb? – Foto
17-11-2015, 00:15
Ümumdünya premyerasına iki gün qalan film “28 Cinema”da!
14-04-2016, 22:34
Metro istifadəçilərinin nəzərinə
29-07-2015, 22:03
İŞİD-in “maliyyə naziri” məhv edildi