Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiridi
Tarix: 23-01-2020 | Saat: 16:05
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
"Xeberaz.Az"-ın Agentliyə istinadən verdiyi məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların burdan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.
REKLAM
sab.az
Daha ətraflı
185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.
206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.
Qeyd edilən dəyişikliklər yanvarın 25-dən tətbiq olunacaq.
Xəbəri paylaş
4148 dəfə oxunub.
Digər xəbərlər

22-03-2015, 16:31
Şeytana atılan daşların aqibəti - VIDEO -Buyurun baxın
20-06-2016, 17:51
Bu maşınlar Ağsu aşırımından keçə bilməz
31-01-2018, 10:23
Qatarın altında qalıb öldü-Bakıda
11-08-2018, 11:23
“Aİ-95” və “Aİ-98” neçəyə başa gəlir?
12-07-2015, 12:05
Dəhşətli hadisə 102 ildən sonra təkrarlana bilər
28-07-2021, 10:49
"Müğənni adı altında kabinetlərdə qucaqdan-qucağa gəzir..." - Yazdığını sildi - FOTO
29-07-2017, 12:20
Bakıda köhnə mənzillər ucuzlaşıb
31-12-2021, 14:58
Salyanda qəza: Üç nəfər xəsarət aldı
26-02-2021, 16:37
Məcburi köçkünlərə verilən yardımın bir hissəsi kəsilib - Rəsmi qurumlarsa təkzib edir