Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abşeron icra hakimiyyətində anti-korrupsiya əməliyyatı –HƏBS EDİLƏNLƏR VAR
Tarix: 22-06-2020 | Saat: 20:10
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər


“Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq-əməliyyat qrupu Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasındadır”. 

"Xəbərsiz.Az" xəbər verir ki, bu barədə vəkil Nicar Gözəlov özünün Facebook hesabında qeyd edir.


“İcra Hakimiyyəti başçısının müavinləri, baş memar Akif Əliyevin və daha bir neçə şəxsin həbs olunduğu bildirilir. Bu Akif vətəndaşa deyirmiş ki, “istəsəm, işə vertolyotla gedib gələrəm” – vəkil bildirir.

Daha sonra vəkil “Görəsən, indi onu nə ilə aparacaqlar Kürdəxanıya?”, – deyə sual edir.

Bildirək ki, Abşeron rayon icra hakimiyyəti başçısının ətrafını, memarlıq işçilərini, hətta qohumunu da saxlayıblar. Əməliyyatı Baş Prokurorluq həyata keçirir. Təfərrüatlar barədə məlumat daha sonra açıqlanacaq.Qeyd edək ki, son aylarda Dövlət Təhlükəsilik Xidmətinin əməkdaşları Ağstafa, İmişli və Neftçala rayonlarında bir sıra əməliyyatlar keçirib. Bu zaman, icra başçıları və bir sıra işçilər korrupsiya və rüşvətxorluğa yol verdikləri üçün məsuliyyətə cəlb edilib. Vəzifələrindən kəanarlaşdırılıblar.



1 0348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___