Ermənistanın bəyanatı tamamilə cəfəngiyyatdır - XİN
Tarix: 22-10-2020 | Saat: 16:22
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada qeyd olunub.
"Məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik.
Ermənistanın 27 sentyabr 2020-ci ildən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.
Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır; Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar", - məlumatda vurğulanı
Xəbəri paylaş
4048 dəfə oxunub.
Digər xəbərlər

3-10-2015, 16:18
Kofedən istifadə ölüm riskini azaldır
15-03-2017, 18:09
Bu gün şəhid olan türk hərbçinin toyu olacaqdı - VİDEO
1-06-2019, 15:30
Brilliant Dadaşova TANINMAZ HALDA
10-06-2015, 17:17
"Sosial ipoteka kreditləri üçün maksimum ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər".
28-10-2015, 16:36
İlham Əliyev Səttar Mehbalıyevi təltif etdi
11-11-2020, 20:59
İnternetlə bağlı məhdudiyyət aradan qaldırılır - RƏSMİ
11-03-2017, 10:26
İsmayıllıda dəhşət: taksi sürücüsü həmkarını baltaladı
30-01-2021, 21:40
İsmayıllıda "Mercedes" aşdı - 5 nəfər xəsarət aldı
21-03-2016, 12:11
Şakir Abbas Murat Bozu, Demet Akalını geridə qoydu
22-05-2017, 13:22
Hava qeyri-sabit keçəcək - Nazirlik xəbərdarlıq yaydı