"Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir".
Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.
O əlavə edib ki, federasiyalar vasitəsilə hər bir kluba elektron şəkildə təlimat kitabçası da göndəriləcək:
"Bu kitabçada qeyd olunacaq ki, idman zallarında növbəlilik prinsipi ilə məşqlər keçirilsin. Sıxlıq müşahidə olunan idman zalında qrafik tutulmalıdır və insanlar ora növbəli şəkildə daxil olmalıdırlar. Hər kəs eyni vaxtda idman zalına gəlməməlidir.
Bundan başqa COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib.
İdman zallarının rəhbərliyi də hər bir şəxsin print olunmuş formada COVID pasportunu və şəxsiyyət vəsiqəsini özündə saxlamalıdır. Reyd olduğu təqdirdə idmançılar bir-bir narahat edilməsin və sənədlər onlara göstərilə bilsin".
Qeyd edək ki, idman zallarında duş kabinələri də fəaliyyət göstərəcək. Ümumilikdə sadəcə gigiyenik qaydalara riayət etmək və ara məsafəsini gözləmək əsas şərt olacaq.
Sabahdan idman zalları açılır - QAYDALAR VƏ ŞƏRTLƏR - RƏSMİ
Tarix: 09-06-2021 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-06-2021 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
10-08-2016, 10:27
Müəllim olmaq istəyən 2371 nəfər növbəti mərhələyə keçib
4-03-2016, 16:41
Metroda oğruluq edən qadın ələ keçdi
30-11-2017, 11:01
Damla bu gün səhərə kimi şou göstərəcək!
23-10-2023, 17:14
Uzun müddət unitazda oturmağın TƏHLÜKƏLƏRİ
24-05-2016, 17:29
Yıldırımın oğlunun şəklini kim yayıb? – Foto
31-07-2015, 15:43
PKK: “Atəşkəs istəyirik” - Türkiyə: “Ölkəmizdən rədd olun”
2-04-2015, 20:11
Köhnə telefon sizi varlı edə bilər - FOTO
21-04-2017, 16:22
Kahı yemək üçün 7 SƏBƏB
21-04-2016, 17:41
Azərbaycan XİN bəyanat yayıb
14-11-2016, 18:56
"Azəristiliktəchizat": "Hazırıq!"