Şadlıq saraylarında sifarişlər azalıb - Qiymətlər dəyişəcək?
Tarix: 14-09-2021 | Saat: 14:30
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda Məhərrəm ayı başlayandan sonra şadlıq saraylarında sifarişlər xeyli azalıb.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat daxil olub.
Qeyd edilib ki, avqustun 10-da Məhərrəm ayı başlayır, daha sonra Səfər ayı gəlir və bunlar ümumilikdə təqribən 2 ay ərzində davam edir.
Bu müddət ərzində şadlıq saraylarında sifarişlər kəskin azalır. Sentyabr ayı üçün sifarişlərin sayı xeyli azalıb. Lakin növbəti aydan şadlıq saraylarında sifarişlər çoxalacaq. Məlumdur ki, bir çox insanlar toy mərasimlərini bu iki ayın bitməsindən sonrakı dövrə planlaşdırır. Bu baxımdan oktyabrın 2-ci ongünlüyündən etibarən şadlıq saraylarında sıxlıq olacağı düşünülür.
Şadlıq saraylarında qiymətlərə gəlincə isə Mərkəzdən bildirilib ki, pandemiyadan sonra bu məkanlarda qiymət artımı baş verib və məhərrəmlikdə sifarişlərin azalması qiymətlərin ucuzlaşmasına səbəb olmayıb.
Qeyd edək ki, şadlıq saraylarının fəaliyyətinə bu ilin iyul ayından etibarən icazə verildikdən sonra pandemiyadan əvvəlki dövrlə müqayisədə qiymətlər 18-20 faiz bahalaşıb.
Xəbəri paylaş
3328 dəfə oxunub.
Digər xəbərlər

10-05-2017, 11:15
Mədinə Məlik mükafat aldı – foto
4-05-2016, 12:47
İbrahim arvadını döydüyü üçün qovuldu
28-09-2015, 00:20
Bakıda viza almaq istəyən şəxsi aldatdılar
26-07-2019, 17:16
Toy edəcəkdilər, dənizdə boğuldu...
6-01-2016, 16:36
Ərəb dünyasının 50 gözəl qadını (FOTO)
5-07-2019, 19:09
"Meyxanaçılar arasında olan kələklər..." - Namiq tənqid etdi
31-08-2016, 17:16
Məmmədyarov və Nalbandyan sabah Almaniyada görüşəcək
7-08-2017, 17:11
"Ailəmin 6 üzvünü eyni gündə itirdim" - azərbaycanlı aparıcı
3-08-2017, 09:45
Deputatlar məşuqələrini işə götürə bilərlər, arvadlarını yox..
13-10-2016, 13:46
"Kişilər mənim kimi qısaboy qızlar üçün dəlidirlər" - FOTO