"Günəşli" faciəsindən 6 il ötür
Tarix: 04-12-2021 | Saat: 11:09
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
AA
Bu gün “Günəşli” yatağında baş verən faciədən altı il ötür.
Yanğın 2015-ci ilin 4 dekabrında baş verib.
Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.
Qəza baş verəndən qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.
5 dekabr tarixində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. FHN-in həmin xilasedicilərinin bir qrupu AZAL-a məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən üç nəfəri təxliyə edərək həmin gəmiyə götürüb.
Beləliklə, 33 nəfər təxliyə edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.
SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa səbəbindən zədələnib və nəticədə yanğın baş verib.
6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki, xilasetmə işləri fasiləsiz olaraq davam edir.
Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.
Xəbəri paylaş
4008 dəfə oxunub.
Digər xəbərlər

5-03-2021, 18:05
İlham Əliyev yeni formalaşan İdarə Heyətinə tapşırıq verdi
21-08-2017, 20:31
Oğuzda 3 nəfərin öldüyü dəhşətli qəzanın - Görüntüləri
12-10-2015, 13:17
Qadın senatorlar Yunusla İsmayılovaya azadlıq tələb edir
30-03-2017, 23:12
Qafqazda ən çox abort hansı ölkədə qeydə alınır? - STATİSTİKA
17-10-2017, 15:54
Zaqatalada imam Şeyxin əmrinə tabe olmur - QALMAQAL
21-05-2016, 13:05
Əli Kərimli Rəsulzadənin abidəsinə Müsavatla getmədi - İMTİNA
8-01-2016, 21:13
Akif Çovdarovun "haqq" qoymaq istədiyi daha bir iş adamı üzə çıxdı
8-10-2018, 16:10
Bu qadının qəribə "xəstəliyi" var - FOTO
8-02-2017, 16:53
Selfi intim həyatda problem olduğunu göstərir - ALİMLƏR
30-04-2022, 11:31
Kontinent İnşaat" LLC şirkəti FƏHLƏLƏRİN HAQQINI MƏNİMSƏYİB - VİDEO