Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhurlar uşağı döyən tərbiyəçidən yazdı: "Tərbiyəsiz, səni zəlil qalasan!" - FOTO
Tarix: 14-01-2022 | Saat: 11:55
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt | çapa göndər

Məşhurlar uşağı döyən tərbiyəçidən yazdı: "Tərbiyəsiz, səni zəlil qalasan!" - FOTO/VİDEO 



Sosial şəbəkələrdə tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər yayılıb. Sözügedən video ölkə gündəmində böyük rezonans doğurub. Bir çox xəbər saytlarında, o cümlədən sosial şəbəkələrdə yayımlanaraq böyük qınaq obyektinə çevrilib.
Tərbiyəçinin körpəni döydüyü görüntülərə yerli məşhurlar da səssiz qalmayıb. Onlar sosial şəbəkə hesablarında həmin görüntüləri paylaşaraq azyaşlı uşağa qarşı edilən bu amanasızlığı şiddətlə qınayıblar 
Həmin məşhurların paylaşımlarını təqdim edirik:
Əməkdar artist Könül Kərimova
"Ürəyim qısıldı! Səni zəlil qalasan! Şikəst olasan! Əllərin qırılıb yanına düşsün, inşallah! O uşaq başa düşmür axı sənin dediyini! Daş düşsün başına! Sənin o şəkil çəkməyin nə vacibdir axı? Yazıq uşaq çörəyini yemək istəyir. Qolların sınsın, niyə qoymursan? Allah bəlanızı versin, inşallah! Anasını da kor qalsın! Elə bağçaya, elə tərbiyəçiyə uşaq etibar edərlər? Bir baxın! Bu ifritəni tanıyan varsa, lütfən mənə yazsın! Onu tapıb o qapazın yekəsini onun başına vuracam!"

Aparıcı Jalə Həsənli 
"Tərbiyədən xəbəri olmayanı “tərbiyəçi” kimi işə götürəndə, nəticə belə olur. Bu nə tərbiyəsizlikdir? Bu nə özbaşınalıqdır? Səhifələrdə şərhləri oxuyuram, əksəriyyəti yazır ki, “üzr videosu gəlsin”. Gəlməsin! Onun üzürü, səhvini anlaması uşağa vurulan şilləni geri qaytarmayacaq. Ümid edirəm, bu qadının əməli cavabsız qalmayacaq və 25-30 saniyəlik üzr videosu ilə də canını qurtarmayacaq!

Əməkdar artist Abbas Bağırov
"Bu videoda gördüyünüz mələk üzlü uşaq, tərbiyəsiz və qanacaqsız “tərbiyəçi” tərəfindən amansızcasına vurulur! Bu uşağın yerində hər birimizin uşağı ola bilər! Belə insanları evdən çölə buraxmaq olmaz, nəinki tərbiyəçi işləsin haradasa!"

Aparıcı Zaur Baxşəliyev
"Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olur? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun "vidinə-fasonuna" bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun".

Şairə Nazilə Səfərli
"Bəlkə, yanılıram. Mənzərədən təxmini anladım ki, bu körpənin valideyni bu tərbiyəçidən soruşub ki, uşaq yemək yeyir? Bu da valideyinə uşağın ağzında çörək şəkil atmaq istəyib ki, ayın axırında bəxşişi bir az çox alsın. Heç kimə sirr deyil ki, bir çox bağçalarda valideynlər texniklərə, tərbiyəçilərə pul verirlər (rüşvət) vaxtı ilə mən də ayda 10 manat verirdim. Verməsəm, narazılıq edirdilər. Yəqin, indi bu məbləğ çoxalıb. Maraqlıdır bu videonu kim çəkib? Daha dəqiq bu əlləri qırılmışın torbasını kim tikib? Hələ dayanın görək bunun arxasından day-day qismində kim çıxacaq? Uşaq yazıq iştahla yemək yeyirdi. Səni zəlil qal, tərbiyəçi! Yazığın başına necə vurdu, bunun evində heç baş bəzənməsin! Yazıq uşaq necə məyus baxır".












1358 dəfə oxunub.

Digər xəbərlər
25-02-2018, 13:53 Messidən daha iki rekord

bütün xəbərlər
____ Instagram ___