"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur".
Bu sözləri uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.
"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb", - deyə R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı açıqlamasında bildirib.
O əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma gedir:
"Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı övladım da evdə hər hansı bir söz deməyib".
Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb: "Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur".
Bağçada körpəsi döyülən ata: Qohumdur, aramızda mehriban münasibət olub
Tarix: 14-01-2022 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4738 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-01-2022 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-12-2022, 11:38
Təcili yardım maşınının sərxoş sürücüsü piyadanı vuraraq ÖLDÜRDÜ
8-07-2015, 20:20
WhatsApp-da yeni dəyişiklik
17-05-2019, 11:40
Bakıda səfirlik binasında LGBT bayrağı asıldı-Foto
26-01-2016, 21:56
"25 mindən çox iş yeri bağlanıb" - Nazir
13-11-2020, 16:04
Düşmən daha 44 itkisini açıqladı - FOTO
27-08-2015, 10:59
Snayper İŞİD-çinin başını belə qopardı - VİDEO
4-07-2017, 16:28
26 yaşlı qadın analıqdan məhrum oldu - Tovuzun Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - VİDEO - FOTO
22-05-2021, 10:29
Xırdalanda yaşayış binasında partlayış - 14 nəfər təxliyə olundu
5-04-2017, 14:15
Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı
5-09-2017, 13:08
Ceyhunun “Onsuz” keçən 10 günü- VİDEO