Çoxmənzilli yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib - ANBAAN VİDEO
Tarix: 21-05-2022 | Saat: 11:27
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin ümumilikdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.
Xəbəri paylaş
3968 dəfə oxunub.
Digər xəbərlər

17-08-2017, 16:53
Aslıyla Muratdan sürpriz qərar
28-04-2016, 09:41
Dünya bazarında avro və qızıl bahalaşıb
5-07-2018, 19:07
Beren Saat: “Saatlarla təcavüzə məruz qaldım”
12-08-2016, 10:49
Çevriliş mətnini oxuyan TRT APARICISI TUTULDU – FOTO
12-06-2015, 13:14
Azərbaycanda işsizlərin sayı açıqlandı – RƏSMİ
22-03-2017, 10:56
47 yaşlı kişi qatarın altında qalaraq öldü
29-10-2016, 10:03
Leyla Əliyeva sərgidə - Fotolar
20-07-2022, 11:28
Azərbaycanda 4-cü doza vaksinlər tətbiq edilə bilər - VACİB XƏBƏR
16-09-2022, 10:52
Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıblar, qadının gözü çıxıb