Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zərifə Əliyeva adına parkdakı “Qala Qapısı” restoranı ümumi mənzərəni pozur…
Tarix: 21-05-2022 | Saat: 12:17
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Zərifə Əliyeva adına parkdakı “Qala Qapısı”  restoranı ümumi mənzərəni pozur… 


Akademik Zərifə Əliyeva adına istirahət parkı və orada  yerləşən “Qala Qapısı”  restoranı ilə bağlı yazmaq istəyərkən, qeyri-ixtiyari olaraq, iki gün öncə Gündəlik-Bakıda  Milli Məclisin üzvü,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, fəlsəfə doktoru  Mahir Abbaszadə  barəsində yazılan “Mahir Abbaszadə, kişilərin ruhunu incitmə…”  yarımbaşlıqlı məqaləni xatırladım. 
Doğrudan da, bu qarışıq  dünyamızda  kimlər nə edirsə etsin, bəlkə də bağışlamaq olar, amma böyük insanların ruhunu incitmək olmaz. 
Bəzən insanlar bunu qanmazlıqdan, bəzən mənfəət-pul üçün edirlər. 
Təsəvvür edirsiniz,  azərbaycanlı biznesmen spirtli içki şirkəti açır. Açsın, kim nə deyə bilər ki..?  Amma…
Əmması odur ki, istehsal etdiyi spirtli içkinin üzərinə dahi şairimiz Nizami Gəncəvinin şəkilini vurur və üstəlik arağın adını NİZAMİ qoyur.
Bu savadsıza başa salan yoxdur ki, dahi Nizaminin adının önündə həmişə ŞEYX (Nizami) sözü olub, axı, ŞEYX-lə  araq sözü bir-birinə tam ziddir. 
Bəlkə də həmin biznesmen bunu heç başa düşmür, düşünür ki, məhsulu çox satılacaq və s. 
Amma buna başa salan yoxdur ki, niyə o boyda şəxsiyyətinin ruhunu incidirsən..? 
Belə  misalların sayını kifayət qədər artıra bilərik. Amma nə ehtiyac. 
Müdriklər deyib ki, dənizin dadını bilmək üçün  bir damcı da kifayətdir. 
Bəli, indi haqqında bəs edəcəyimiz, mərhum El Anası Zərifə Əliyevanın adını daşıyan istirahət parkında da baş verənlər yol verilməzdir. 
Çoxlarına bəllidir ki, bir neçə il öncə həmin parkda kimlərsə  şadlıq evi tikməyə hazırlaşırdı. 
Yaxşı ki, bu biabırçılğın qarşısı vaxtında alındı və həmin tikili yarımçıq şəkildə söküldü, beton panellər ərazidən çıxarıldı. 
Axı, bu ərazi  xalqın ruhuna çox əziz olan bir ananın, bir ziyalının adını daşıyır. Mütləq burada  şadlıq evi, restoran tikməlisiniz..? 
Biz Gündəlik-Bakı olaraq restoranın, şadlıq evinin, nə bilim kazinonun əleyhinə deyilik. Amma  bunu hər yerdə etmək olmaz. 
Axı, Zərifə Əliyevanın adını daşıyan istirahət parkı restoran yeri deyil. İnsanlar burada mənəvi olaraq dincəlməyə, ruhən dinclik tapmağa  gəlirlər, bura yeyib-içmək yeri deyil. 
Bu parkın açılışında Ulu Öndərimiz Heydər Əliyev şəxsən özü iştirak edib. 
Məlumat üçün qeyd edək ki, Zərifə Əliyeva adına istirahət parkının sahəsi 6,2 ha, ətrafındakı zeytun bağlarının sahəsi isə 6,0 ha-dır. Parkın tikintisi 2000-ci ildə aparılmış, açılışında Ulu Öndər Heydər Əliyev iştirak etmişdir. 2008-ci ildə parkda  yenidənqurma işləri aparılmış və açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmişdir.
Parkda Akademik Zərifə Əliyevanın abidəsi və onun ətrafında fəvvarə, həmçinin bir ədəd idman meydançası vardır. 
İstirahət parkında Azərbaycanın müxtəlif iqlim qurşaqlarının faunasına aid 2000 ağac və 4000 yaşıl kol əkilib.
6-cı mikrorayon, Cavadxan küçəsi 3 ünvanında yerləşir.
Bir daha qeyd etmək istəyirik ki, parkın ərazisi çoxlarının biznes  marağını cəlb edir. Amma axı hər şeyi biznesə qurban vermək olmaz. 
Bu ərazi insanların  asudə vaxtlarını keçirmək üçündür və Zərifə  ananın adı ilə bağlıdır. Ona görə də bu ərazinin ümumi harmoniyasına zidd olan, ümumi mənzərəyə xələl gətirən  bütün obyektlər, qeyri-qanuni  tikililər sökülməlidir. 
Bəli, Zərifə Əliyeva  adına parkın ərazisində  “Qala Qapısı” restoranı  fəaliyyət göstərir. 
Parkın girişindəki  ZƏRİFƏ ƏLİYEVA  tablosu götürülüb və  QALA QAPISI yazılıb. 
Parkın  girişi-şıxışı tamamilə bağlanıb. 
Ümumiyyətlə, məmurların yaşıllıqları məhv edərək yerində kafe, restoran tikmək məsələsinə son qoyulmalıdır. 
Belə restoranlardan biri də keçmiş iriçaplı məmurlardan, birinə məxsus olan "Qala Qapısı" restoranıdır.
Biz Gündəlik-Bakı oalraq  belə neqativ hallara kəskin etirazımızı bildirirk və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizovdan xahiş edirik ki, belə hallara son qoyulsun. 
Unutmayaq ki, iki il öncə Qala Qapısı restoranında baş verən yanğın zamanı Zərifə Əliyeva adına parkda xeyli miqdarda  yaşıllıq məhv oldu.

(https://gundelik-baku.com/)








2798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___