Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gizli nömrə işlədən arvadını döyüb barmağını sındırdı
Tarix: 02-02-2023 | Saat: 15:23
Bölmə:Karusel / Hadisə | çapa göndər






Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndiirlən Razim Nəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 
Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib və Razim Nəbiyev cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Razim Nəbiyev evdə arvadı Vəsilə Nəbiyeva (şərti) aralarında yaranan qısqanclıq zəmnində mübahisə edib. Münaqişə zamanı o, həyat yoldaşını yumruqla və şillə ilə qəsdən vurub. Nəticədə kişi qadının sol əlin 2-ci barmağının yerdəyişməyən sınığı, başın sağ təpə-ənsə nahiyəsinin qançır-şişkinliyi dərəcəsinə görə yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Məhkəmədə Razim Nəbiyev yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə 7 il əvvəl ailə həyatı qurub. Əvvəllər münasibətləri normal olsa da, son vaxtlar səbəbsiz mübahisələr yaratmış və Vəsilə ilə kobud danışıb.
Onun sözlərinə görə, hadisə günü evdə olan zaman arvadına rayonların birinə işləməyi gedəcəyini deyərək paltarlarını yığmasını istəyib. Lakin qadın paltarlarını yığmaqdan imtina edib. Bundan sonra o, paltarlarını yığdığı zaman Vəsilə onun yanına gəlib kobud danışmağa başlayıb. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman Razim əsəbləşərək arvadının saçından tutub əli ilə vurub. Vəsilə əlini qabağa verdiyi üçün əlinə zərbə vuraraq xəsarət yetirib. Daha sonra isə əhəmiyyət verməyərək evdən çıxıb gedib. Sonradan o, arvadının onun barəsində şikayət etdiyini öyrənib.
Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşmançılıq çəkdiyini söyləyib və işin xitam olunmasını xahiş edib.
Məhkəmə iclasında zərərçəkmiş Vəsilə Nəbiyeva dindirilən zaman deyib ki təqsirləndirilən şəxs əvvəllər münasibətləri normal olsada, son vaxtlar qısqanclıq zəmnində mübahisələri yaranmağa başlayıb, əri onunla kobud danışırmış.
Qadın bildirib ki, hadisə günü yaşadıqları evdə olan zaman Razim onun gizli nömrə işlətdiyini zənn edib. Kişi yataq otağının rəfində nömrə axtarmağa başlayıb. O, ərindən nə axtardığını şoruşduğu zaman Razim onunla kobud danışaraq nə axtardığını deməyib və bu səbəbdən onlar arasında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı Razim yumruq zərbələri ilə onun başına zərbələr vuraraq döyüb. Həmin vaxt o, əllərini başına tutduğu üçün barmağından şiddətli ağrı hiss edib və ərinə barmağının sındırdığını söyləyib.
Bundan sonra Razim onunla kobud danışaraq evdən çıxıb gedib. Təxminən 2 gün sonra qadın həkimə getdiyi zaman ona barmağının sındığı deyilib. Buna görə də o, yaşadığı evə gəlib DİN-in “102” xidmətinə zəng edərək məlumat verib.
Hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını deyərək, işin xitam olunmasını xahiş edib.




Xəbəri paylaş

8678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___